"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təmraz Tağıyev: “Azərbaycan bələdiyyələrinin zəlzələdən zərərkəçənlərə yardım kampaniyası davam edir”

--2023-03-09 / 17:14

“Bu gün ölkəmizdə formalaşan 1606 bələdiyyənin hər biri maliyyə imkanları çərçivəsində qardaş Türkiyədə zəlzələdən zərərçəkmiş insanlara həm maddi, həm də mənəvi dəstəyini göstərməkdə davam edir”- bu fikirləri Belediyye.infoya Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Sədrin sözlərinə görə, bir müddət əvvəl Nərimanov bələdiyyəsi iclasın qərarıyla iki min manat məbləğində vəsaiti zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Türkiyə Daxili işlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürüb.
Sədr bildirib ki, Türk Dünyası Bələdiyyələr Birliyinin idarə heyətin üzvü kimi qardaş ölkədəki həmkarlarımızla daim əlaqədəyik. əlavə edim ki, ölkəmizin ondan artıq bələdiyyəsi Türkiyə bələdiyyələri həmdə “qardaşlaşıblar.”
Hər il qarşılıqlı səfərlərimiz çərçivəsində həmdə təcrübə mübadiləmiz olur.
Türk Dünyası Bələdiyyələr Birliyi paylaşdıqları məlumatda məmnunluq hissiylə Azərbaycan bələdiyyələrinin fəaliyyətini diqqətdə saxlayaraq fəal iştirakımızı qeyd ediblər.
Sədr sonda bələdiyyələrin yardım kampaniyasında iştirakının davam etdiyini qeyd edib.

Belediyye.info

ŞƏRHLƏR